Bakının bu rayonlarının  suyu kəsiləcək
10 fevral 2022 17:38 (UTC +04:00)

Bakının bu rayonlarının suyu kəsiləcək

Bu gün axşamdan Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Lent.az-a "Azərsu"dan verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 10-u axşam saatlarından başlayaraq təmir- bərpa işləri yekunlaşanadək Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

# 2496
avatar

Oxşar yazılar