Bakının bu rayonu susuz qaldı - SƏBƏB
21 yanvar 2022 17:26 (UTC +04:00)

Bakının bu rayonu susuz qaldı - SƏBƏB

0

Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, məhdudiyyət Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədardır.

Problemin aradan qaldırılması ilə əlaqədar hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Yaranmış narahatlıqla bağlı “Azərsu” abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2504

Oxşar yazılar