Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 17:44 (UTC +04:00)

Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bayıldakı binanın sökülməsinə münasibət bildirib. 

Komitədən Lent.az-a verilən məlumatda qeyd olunur ki, Bakı şəhəri, Bayıl qəsəbəsi, Dağlıq küçəsi 24 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması aidiyyəti qurumlar tərəfindən aparılmış ekspertizanın nəticəsində təsdiqlənib.

Həmin bina sıx tikilmiş fərdi yaşayış evləri zonasında yerləşdiyindən, ərazidə yeni çoxmərtəbəli yaşayış binasının inşası mümkün deyil.

Bu səbəbdən, mövcud binanın sökülməsi və ərazinin abadlaşdırılması nəzərdə tutulur:

"Hazırda sözügedən ünvanda yerləşən 23 mənzildən artıq 22-si üzrə kompensasiya ödənilmiş və sakinlərin köçürülməsi prosesinə başlanılıb. Qalan bir mənzilə dair müvafiq sənədlər təqdim edildikdən sonra notarial qaydada razılaşma müqavilələrinin bağlanması və kompensasiyanın ödənilməsi həyata keçiriləcək. 

Qeyd edək ki, söküntüsü nəzərdə tutulan binalar üzrə işlərin icrası üçün müvafiq layihə sənədləri hazırlanacaq. Həmin sənədlərdə söküntü işlərinin aparılacağı ərazilərdə yerləşən digər tikililərin təhlükəsizliyinin təmin olunması əsas prinsiplərdən biri kimi nəzərə alınacaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar