BDU-nun müəllimi vəfat etdi -FOTO
06 mart 2022 23:54 (UTC +04:00)

BDU-nun müəllimi vəfat etdi -FOTO

0

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov vəfat edib.

Universitetdən Lent.az-a verilən xəbərə görə, Məhəmməd Məmmədov 1986-cı ildən BDU-da çalışıb. 1983-1986-cı illərdə BDU-nun əyani aspirantı olub. 1987-ci ildə "Azərbaycan dilində feli adlar" adlı dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, 1994-2007-ci illərdə BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş müəllim işləyib.

2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında dosent kimi çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5223

Oxşar yazılar