Bəzi dərman qablarının içinə niyə pambıq  qoyurlar: onu orada saxlamaq lazımdırmı?
16 yanvar 2026 16:45 (UTC +04:00)

Bəzi dərman qablarının içinə niyə pambıq qoyurlar: onu orada saxlamaq lazımdırmı?

0

Məlum olub ki, ilk baxışdan əhəmiyyətsiz görünən bu detalın praktik mənası var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həblər və digər dərman preparatları blisterlərdə, saşelərdə, plastik və ya şüşə qablaşdırmalarda satılır. Bəzilərinin içində isə kiçik bir pambıq parçası görmək mümkündür və hər kəs bu pambığı qabın içində saxlamağın lazım olub-olmadığını bilmir.

Həblərin flakonlarına pambıq niyə qoyulur?

Əgər sizi valeriana flakonunda pambığın nə üçün olması və ümumiyyətlə bu fikrin kimə məxsus olduğu maraqlandırırsa, cavabı keçmişdə axtarmaq lazımdır. Pambığın dərman qablarına qoyulması ilk dəfə 1900-cü illərdə Bayer şirkəti tərəfindən tətbiq olunub.

Bu ağıllı üsul həbləri qabın içində sabit saxlamaq üçün lazım idi ki, onlar daima tərpənib yuvarlanmasın. Çünki o dövrdə istehsal olunan dərmanların əksəriyyəti kifayət qədər kövrək olurdu və daimi silkələnmə nəticəsində ovulub xırdalana bilərdi. Pambıq isə həbləri hərəkətsiz saxlayaraq bunun qarşısını alırdı.

Keçən əsrin 80-ci illərində həmin Bayer mütəxəssisləri pambıqdan imtina etməyin yolunu tapdılar. Onlar dərmanları xüsusi qoruyucu örtüklə örtməyə başladılar ki, bu da həblərin səthini zədələnmədən qoruyurdu. Şirkət 1990-cı illərin sonlarında qabların içinə pambıq qoymağı tamamilə dayandırdı. Lakin bir çox digər dərman istehsalçıları bu ənənəni bu gün də davam etdirir.

Müasir həblər artıq ovulmur hamısı qoruyucu örtüklə təmin olunub. Buna baxmayaraq, indi pambığın qablaşdırmada qalmasının səbəbi başqadır. Bu, demək olar ki, normaya çevrilmiş bir vərdişdir və müxtəlif cür izah olunur.

Şirkətlər bu yolla saxtakarlığın və flakonun açılmasına müdaxilənin qarşısını almağa çalışırlar. Məsələn, müəyyən dərman üçün standart olaraq qabın içində pambıq olmalıdırsa və o yoxdursa, bu ya dərmanın saxta olduğunu, ya da qabın artıq açıldığını göstərə bilər.

Bəzi istehlakçılar isə pambığın guya dərmanın müalicəvi xüsusiyyətlərini qoruduğuna inanırlar. Lakin bu fikir elmi cəhətdən təsdiqlənməyib və doğru hesab edilmir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar