Borcunu qaytarmayan şəxslər nə qədər cərimə olunur? - CAVAB
12 dekabr 2025 11:25 (UTC +04:00)

Borcunu qaytarmayan şəxslər nə qədər cərimə olunur? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual borcunu ödəməsi üçün məhkəmə qərarı çıxarılan şəxslərlə bağlıdır.

Borcunu qaytarması üçün məhkəmə qərarı çıxarılmasına rəğmən geri ödəməyən şəxslər nə qədər cərimə edilirlər? 

Lent.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, üzrsüz səbəbdən məhkəmə və başqa dövlət orqanlarının çıxardığı qərarların icra edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin vaxtında yerinə yetirilməməsinə görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək miqdarda cərimə edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar