1 aprel zarafatı  deyil: Bu tarixdən metroda 30 manat cərimələnə  bilərsiniz
16 mart 2026 18:59 (UTC +04:00)

1 aprel zarafatı deyil: Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

0

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.

Lent.az xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.

Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: "Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar