Bu il sayğaclarla bağlı 2 min müraciət daxil olub - "Azəriqaz" rəsmisi
01 iyul 2022 17:05 (UTC +04:00)

Bu il sayğaclarla bağlı 2 min müraciət daxil olub - "Azəriqaz" rəsmisi

"2022-ci ilin ilk 6 ayı ərzində Metrologiya Departamentinə sayğaclarla bağlı 2 min müraciət daxil olub".

Lent.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentinin rəisi Zehin Rəsulov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Departament rəhbəri qeyd edib ki, Birlik əməkdaşları qaz sayğacına müdaxilə halı aşkarlayarsa, sayğac abonentin iştirakı ilə çıxarılır, akt tərtib olunur və möhürlənib departamentə gətirilir:

"Müvafiq sahə üzrə idarə abonentə SMS bildiriş göndərir və vətəndaşın iştirakı ilə sayğaca baxış keçirilir. Digər hallar da ola bilər. Abonent hesab edir ki, onun sayğacı düz yazmır və digər bu kimi nasazlıqlar yaranıb, bu zaman da onun sayğacı eyni qaydada çıxarılıb departamentə gətirilir. Bütün hallarda məişət sayğaclarının qulluğu "Azəriqaz" İB-nin hesabına keçrilir. Heç bir halda abonentdən ödəniş tələb olunmur. Dövri yoxlamaya gətirilən sayğaclara baxış zamanı abonentlər iştirak etməlidir. Baxmayaraq ki, cari ilin 6 ayında 2 mindən yuxarı müraciət olunub, amma sayğacların təftişində iştirak edən abonentlərin sayı 78 nəfər olub" – deyə, departament rəisi bildirib.

6 ay ərzində sayğaclarla bağlı 2 min müraciət daxil olub - "Azəriqaz" rəsmisi

# 1653
avatar

Oxşar yazılar

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55
Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

3 may 2024 , 10:52
Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

3 may 2024 , 09:31
Bakıda sıxlıq azalacaq - yeni yol çəkilir

Bakıda sıxlıq azalacaq - yeni yol çəkilir

2 may 2024 , 17:36