Azərbaycan əsilli aktrisadan  vahid məktəbli forması   qərarına  DƏSTƏK
14 oktyabr 2026 17:19 (UTC +04:00)

Azərbaycan əsilli aktrisadan vahid məktəbli forması qərarına DƏSTƏK

0

Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadənin məktəblərdə vahid məktəbli geyimləri ilə bağlı sosial şəbəkədə yazdığı şərh diqqət çəkib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın milli dəyərlərlə bağlı paylaşımın altına yazdığı emojilər Azərbaycanda Nazirlər Kabinetinin qərarına dəstək kimi qiymətləndirib.

Aktrisanın münasibət bildirdiyi paylaşımda bu fikirlər yer alıb:

“Dövlətimiz türk milli kimliyimizi hədəfə alaraq ona ərəb-fars dəyərləri əlavə etməyə yönələn hər cür cəhdin qarşısını alacaq. Bizim öz milli dəyərlərimiz var. Türk dəyərlərimizin önünə heç kim keçə bilməz”.

Nəsrin Cavadzadə həmin paylaşımın altına alov, Azərbaycan bayrağı və qırmızı ürək emojiləri qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar