Bu rayonda işıq olmayacaq
22 dekabr 2025 10:32 (UTC +04:00)

Bu rayonda işıq olmayacaq

0

Bu gün Xaçmaz rayonunun Xudat şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Lent.az-a Azərişıq"dan məlumat verilib.

Bildirilib ki, Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Xudat" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən rayonun bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar