Bu rayonlara qar yağır  - Faktiki HAVA
02 dekabr 2025 16:08 (UTC +04:00)

Bu rayonlara qar yağır - Faktiki HAVA

0

Dekabrın 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunur.

Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar