Bu rayonların QAZI KƏSİLDİ
01 fevral 2024 13:58 (UTC +04:00)

Bu rayonların QAZI KƏSİLDİ

Bakının Qaradağ və Səbail rayonlarına qazın verilişi dayandırılıb.

Lent.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksəktəzyiqli magistral qaz kəmərinin 12,0-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı bu gün saat 12:00-dan işlər başa çatanadək “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, həmçinin Səbail rayonu üzrə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

# 3891
avatar

Fidan İlqar

Oxşar yazılar