Çində yeni koronavirus ocağı: Obyektlər qapadılır...
11 iyun 2022 16:38 (UTC +04:00)

Çində yeni koronavirus ocağı: Obyektlər qapadılır...

Çində yeni koronavirus ocağı aşkarlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Pekinin şimal-şərqindəki Çaoyan rayonunda koronavirusa yoluxma artıb. Bu barədə Pekinin Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, barların birində infeksiya ocağı aşkarlanıb və son sutka ərzində bu rayonda 61 nəfərdə koronavirus aşkarlanıb.

Buna görə də Çaoyan rayonunda pandemiya qadağaları yenidən sərtləşdirilib, bir çox əyləncə məkanları bağlanıb. Həmçinin, infeksiya mənbəyinin qeydə alındığı ərazidə olan insanlarında karantinə alınacağı deyilir.

# 2373
avatar

Oxşar yazılar