DİQQƏT!   - Hamamı təmizləyərkən bu üsuldan istifadə edin
02 mart 2023 18:23 (UTC +04:00)

DİQQƏT! - Hamamı təmizləyərkən bu üsuldan istifadə edin

Limon gündəlik həyatın bir çox sahəsində istifadə olunur. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dəriyə qulluqdan tutmuş məişət təmizliyinə qədər hər yerdə istifadə edilən limon ətirli və antibakterial xüsusiyyətləri ilə diqqət çəkir. 

Soyuducunun təmizlənməsi və pis qoxunun qarşısının alınması üçün limondan istifadə etmək olar. Bir süngəri limon suyu ilə yaxşıca isladın və süngəri bir fincana qoyun. Sonra bir gecədə soyuducuda buraxın. Beləliklə soyuducudakı pis qoxunun qarşısını ala bilərsiniz.

Bununla yanaşı həmçinin hamamda, mətbəxdə və s. kimi yerlərdəki pas ləkələrini təmizləmək üçün təsirli təbii üsul var. Təmizlik üçün bütün sahələrdə istifadə edilən limonu paslı səthlərdə də istifadə edə bilərsiniz. Bir xörək qaşığı limon suyunu iki xörək qaşığı duz ilə qarışdırın və paslı səthə sürtün. Bir neçə dəqiqədən sonra paslı səthi köhnə diş fırçası ilə fırçalayın. Sonra yuyun. Qısa zamanda pasların təmizləndiyini görəcəksiniz.
 

# 2886
avatar

Arzu Qurbanlı

Oxşar yazılar