Dünyanın ən bahalı şirkətinin rəhbəri işçilərinin maaşından  DANIŞDI
05 iyun 2026 19:20 (UTC +04:00)

Dünyanın ən bahalı şirkətinin rəhbəri işçilərinin maaşından DANIŞDI

0

Nvidia (hazırda 5,43 trilyon dollarlıq bazar kapitallaşması ilə dünyanın ən bahalı şirkəti) şirkətinin həmtəsisçisi və baş direktoru Censen Huanq əmək haqqı ilə bağlı açıqlama verib.
O, işçilərinə maksimum maaş verir və əmindir ki, bu, yeganə düzgün yanaşmadır. 

Lent.az bildirir ki, “Bloomberg”in məlumatına görə, bu açıqlamalar süni intellekt infrastruktur bumundan əldə edilən mənfəəti necə bölüşdürmək barədə qızğın müzakirələr fonunda səslənir. Bu məsələ Cənubi Koreyanın Samsung Electronics şirkətindəki böhran səbəbindən xüsusilə kəskinləşib.

"Mən işçilərimə bacardığım qədər maaş verirəm”, - Huanq Tayvanda keçirilən Computex ticarət sərgisində deyib. 

O, həmçinin süni intellektlə iş yerlərini məhv edəcəyi ilə bağlı qorxuları "cəfəngiyat" adlandırıb. O, bu vasitənin əksinə, gəlir artımını, mənfəəti və ümumi rifahı artıracağını iddia edib

Bu arada, ötən həftə “Samsung”un həmkarlar ittifaqı ən böyük tətilin başlamasından bir saat yarım əvvəl əldə edilən razılaşmanı təsdiqləyib. Saziş çip istehsalında iştirak edən işçilər üçün bonusları nəzərdə tutur. Orta bonus təxminən 340.000 dollar olacaq.

Asiyanın ikinci ən böyük şirkəti və “Nvidia”nın tərəfdaşı olan Taiwan Semiconductor Manufacturing (TSMC) də pul məsələsinə toxunub. Nəşrin məlumatına görə, TSMC rəhbərliyi "mənfəətin bölüşdürülməsi ilə bağlı narahatlıqları da aradan qaldırmağa çalışır".

Onlar bu ilki bonus proqramının ötən ilə nisbətən daha sürətlə genişlənəcəyinə zəmanət verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar