Əksər bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
06 dekabr 2025 11:28 (UTC +04:00)

Əksər bölgələrə leysan yağıb - FAKTİKİ HAVA

0

Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 6-sı saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.

Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar