Əli İnsanov
29 noyabr 2021 12:45 (UTC +04:00)

Əli İnsanov

Əli İnsanov toya buraxılmadı - SƏBƏB

Keçmiş səhiyyə naziri, Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov şadlıq sarayına buraxılmayıb.

Lent.az-ın məlumatına görə, partiya sədri Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayına toya gedib.

Şadlıq sarayının nümayəndələri toya gələn qonaqların COVID pasportlarını yoxladığı zaman onun peyvənd sertifikatının olmadığı ortaya çıxıb.

Bu səbəblə də Əli İnsanov toya buraxılmayıb.

# 12060
avatar

Mehman Nəbiyev

Oxşar yazılar