İkram Kərimov, Əməkdar hüquqşünas
02 avqust 2026 09:44 (UTC +04:00)

İkram Kərimov, Əməkdar hüquqşünas

Əməkdar hüquqşünas İkram Kərimov vəfat etdi

0

Əməkdar hüquqşünas İkram Kərimov vəfat edib.

Lent.az xəbər verir ki, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının Sədri, “Ədalət” Vəkil bürosunun vəkili İkram Kərimov bu səhər vəfat edib.

Qeyd edək ki, İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Xatırladaq ki, əməkdar hüquqşünasın son müsahibəsi APA-nın “Əsrin yaşıdı” layihəsi çərçivəsində olub.

 

Emin Şirvanzadə 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar