Bazarın geniş çeşidinə baxmayaraq, bəzi konservləşdirilmiş məhsullar keyfiyyətinə görə ən pis kateqoriyaya düşür. Bu məhsullar arasında saxtalaşdırılmış və sağlamlıq üçün riskli olanlar üstünlük təşkil edir.
Lent.az bunları sizə təqdim edir:
Balıq konservləri — saxtalaşdırmanın lideridir
Ən çox saxtalaşdırılan məhsullar: şprotu, sardina və ton balığı. Bahalı balıq əvəzinə ucuz növlərdən istifadə olunur. Şübhəli keyfiyyətdə xırda balıqlar, keyfiyyətli şprot əvəzinə satılır.
Məsləhət: balığın liflərinə diqqət yetirin – məsələn, qızılbalıqda liflər qalın və yığılı olur, digər balıqlarda isə az nəzərə çarpır. Konservdəki yağ isə şəffaf və təmiz olmalıdır, bulanıq və çöküntülü olmamalıdır.
Ət konservləri — çox yağ, az ət
Tələb çox olduğuna görə saxtalaşdırma halları çoxdur. Ət əvəzinə dəri, qığırdaq, vətər, soya və ya dənli qarışıqlar əlavə olunur.
Məsləhət: şüşə qabda olan ət konservlərinə üstünlük verin – ətin və yağın nisbətini görmək olur. Dəmir bankanı isə silkələdikdə içindəkilər çox tərpənirsə, bu, mayenin çox olduğunu göstərir.
Göbələk konservləri — zəhərlənmə riski
Göbələklərin mənşəyi və keyfiyyəti çətin nəzarət olunur. Tez-tez ağır metallarla çirklənmiş ərazilərdən yığılmış və ya lazımi emaldan keçməyən göbələklər istifadə olunur. Bu, zəhərlənmə və toksin təhlükəsi yaradır.
Nəticə:
Konserv alarkən diqqətli olun. Tərkibə, qablaşdırmaya və istehsalçının etibarlılığına diqqət yetirin. Etiketdə yazılanla içindəkilər uyğun olmaya bilər və sağlamlıq üçün risklər böyük ola bilər.