27 ildir şəhər avtobuslarını idarə edən 95 yaşlı ABŞ sakini Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı avtobus sürücüsü adına layiq görülüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mayın 13-də Uiçita-Folsdan olan Reymond Haqerin yaşı və aktiv avtobus sürücüsü statusu Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənəndə 94 yaşı 176 günlük olub.
"Mən dünyanın ən yaşlı avtobus sürücüsüyəm", - Haqer deyib.
Raymond deyir ki, 14 yaşında maşın sürməyə başlayıb və tezliklə daha böyük nəqliyyat vasitələrini idarə etməkdən zövq aldığını başa düşüb.
Təxminən 27 il əvvəl o, Uiçita-Follsda ictimai nəqliyyat sistemi olan “Falls Ride”də avtobus sürücüsü olub.
Haqer əvvəlcə 95 yaşında təqaüdə çıxmağı planlaşdırdığını, lakin indi sağlam və bacardığı müddətcə sürücülük etməyə davam etməyi planlaşdırdığını söyləyib.
Uiçita-Folls şəhəri Haqerin nailiyyətini şərəfləndirərək 18 noyabrı Raymond Haqer Günü elan edib.