Əri döyən qadının taleyi məlum oldu-FOTO
03 iyul 2022 15:21 (UTC +04:00)

Əri döyən qadının taleyi məlum oldu-FOTO

Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götürülüb.

Sosial Xidmətlər Agentliyindən Lent.az-a verilən xəbərə görə, artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Agentlik dəstəyə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına və prosesdə iştirak edən hər kəsə minnətdarlığını bildirir.

# 4161
avatar

Oxşar yazılar