Ermənilər Kəlbəcəri atəşə tutdu
12 iyul 2022 10:56 (UTC +04:00)

Ermənilər Kəlbəcəri atəşə tutdu

İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.

# 1191
avatar

Oxşar yazılar