Fransa Qvianasının nümayəndəsi:  Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də özünü göstərir
20 may 2026 11:06 (UTC +04:00)

Fransa Qvianasının nümayəndəsi: Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də özünü göstərir

0

Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də müxtəlif regionların inkişaf səviyyələrində özünü göstərir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfransda Fransa Qvianasından olan nümayəndə, “Kwakproduction” media təşkilatının rəhbəri Momo Marline Mylene deyib.

“Buna görə də praktik və real həll yolları tapmaq vacibdir. Kolonializm dövründə sərhədlər və idarəetmə sistemləri elə qurulmuşdu ki, bəzi bölgələr inkişaf etdirilir, digərləri isə kənarda qalır və yoxsullaşırdı. Qlobal miqyasda ədalətli inkişaf üçün xalqların hüquqlarını tanımaq, onların öz resurslarına sahib çıxmasını təmin etmək və xarici güclərin həddindən artıq təsirini azaltmaq lazımdır”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar