Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılış mərasimi keçiriləcək.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı "Twitter" hesabında bildirib.
“1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun Gəncədəki ilk şəhidləri üçün Səfirliyimizin nəzarəti və iş adamlarının dəstəyi ilə Şah Abbas Məscidinin qarşısında Şəhidlər Memorialı inşa edilib. Gəncədəki Baş konsulumuzla birgə açılışdan qabaq abidəyə baş çəkdik”, - diplomat qeyd edib.