Hava şəraitinə görə məktəblərdə davamiyyət necədir? - RƏSMİ CAVAB
09 fevral 2023 14:30 (UTC +04:00)

Hava şəraitinə görə məktəblərdə davamiyyət necədir? - RƏSMİ CAVAB

2

Bu gün paytaxt ərazisində şaxtalı, güclü küləkli, qeyri-sabit hava şəraiti hökm sürür. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hava ilə əlaqədar bir çox valideynlər övladlarını məktəbə buraxmayıblar.

Maraqlıdır bəs, hazırda paytaxt ərazisindəki məktəblərdə davamiyyət necədir?

Lent.az məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğuya verilən məlumata görə, şaxtalı hava şəraiti olmasına baxmayaraq məktəblərdə davamiyyət normaldır:

"Bu gün - fevralın 9-u tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 5361

Oxşar yazılar