Havanın kəskin soyuması insanlara necə təsir edir? – HƏKİM DANIŞDI
08 may 2024 18:09 (UTC +04:00)

Havanın kəskin soyuması insanlara necə təsir edir? – HƏKİM DANIŞDI

Yayın gəlişinə az bir müddət qalmasına baxmayaraq son günlərdə hava kəskin şəkildə soyuyub. Elə məhz bu səbəbdən insanlarda soyuqdəymə, qrip kimi xəstəliklər müşahidə olunur.  

Maraqlıdır, görəsən, havaların kəskin şəkildə soyuması orqanizmə necə təsir edir? Bu cür havalarda hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, havaların soyuması əlbəttə ki, insan orqanizminə təsir edir.
 
Onun sözlərinə görə, insanlar bəzən havanın kəskin şəkildə soyumasına ciddi təsir göstərmir:

“Amma bu cür havalarda səhər və axşam geyimləri fərqli olmalıdır. İnsanlar geyimi hava temperaturuna uyğun seçməlidir. Təəssüflər olsun ki, soyuqdəymənin yaranmasının əsas amil geyimin adekvat seçilməməsidir. Soyuqdəymələrin çoxu məhz elə bu səbəbdən yaranır. Həmçinin soyuqdəyməsi olan şəxslər evdən bayıra çıxmamalı, insanlarla ünsiyyət qurmamalıdır. Əks təqdirdə, bu cür hallar xəstəliyin daha da ağırlaşmasına və insanlar arasında yayılmasına səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5133
avatar

Arzu Qurbanlı

Oxşar yazılar