Həyatımızı məhv edən tıxaclar – PSİXOLOQ NƏLƏR DANIŞDI?
07 iyun 2023 18:16 (UTC +04:00)

Həyatımızı məhv edən tıxaclar – PSİXOLOQ NƏLƏR DANIŞDI?

İstər şəhərdaxili, istərsə də şəhər ətrafında tıxac gündəlik həyatımızın bir hissəsinə çevrilib. Demək olar ki, hər birimiz ən azı gündə bir neçə saatı tıxaclarda keçiririk. Belə vaxt itirmək adi hala çevrilsə də, gündə 1-2 saat tıxacda qalmaq bizə həm maddi, həm də mənəvi ziyan vurur. Bu problem yalnız insanlarla münasibətimizə təsir etmir, o həm də bir çox xəstəliklərə də səbəb olur.

Maraqlıdır, görəsən, tıxacın insan psixologiyasına təsirləri nədən ibarətdir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, bəzən sürücülər tıxacda olarkən bir-birilərinə qarşı qeyri-adekvat və ya qeyri-etik davranışlar edirlər.

Onun sözlərinə görə, tıxacın yaranmasının səbəbi avtomobillərin çoxluğu yox, elə məhz həmin avtomobilləri idarə edənlərdir:

“Əlbəttə ki, işdən qayıtdığımız zaman tıxaca düşməmək qeyri-mümkündür. Məhz elə burada tıxac insan psixologiyasına təsir etməyə başlayır. İnsan artıq "mən daha qısa yoldan getsəm, daha çox vaxta qənaət etmiş olaram və gedəcəyiç yerə gecikmərəm”, deyə fikirləşir. Bu düşüncələr insanları gedəcəyi yerlərdən imtina etməyə qədər gətirib çıxarır. Amma gedəcəkləri yerə 30 dəqiqə daha tez çıxsalar, bəlkə də heç tıxac vaxtına düşməyəcəklər.

Təbii ki, tıxacı yaradacaq müəyyən səbəblər var. Bəzən baxırsan ki, günün günorta çağı yolda hər hansısa bir təmir işləri gedir və yaxud da ki, sürücülərin düzgün maşını idarə etməməsi səbəbindən tıxaclar yaranır. İnsanlar gedəcəyi yollarda tıxacla qarşılacağını öncədən beynində proqramlaşdırmalıdırlar. Çünki beyin artıq buna hazır vəziyyətdə olduqda tıxac zamanı beyində hər hansı qıcıq yaratmır".

# 2157
avatar

Oxşar yazılar