Şagirdi tərəfindən güllələnən "İdrak" Liseyinin müəllimi palataya köçürülüb.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, 29 yaşlı qadın Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
***
13:06
"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.