İntihardan əvvəl oğluna zəng etdi: Atası və bacısı kimi o da... -  VİDEO
04 yanvar 2022 19:00 (UTC +04:00)

İntihardan əvvəl oğluna zəng etdi: Atası və bacısı kimi o da... - VİDEO

Xaçmazda qadının özünü Samur-Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.

Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Hazırda axtarışlar davam edir.

# 4140
avatar

Oxşar yazılar