Koronavirusa yoluxma statistikası
21 dekabr 2020 17:13 (UTC +04:00)

Koronavirusa yoluxma statistikası

Koronavirus statistikası: 1505 nəfər yoluxdu, 3028 nəfər sağaldı, 43 nəfər vəfat etdi

1

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383, ötən müddət ərzində isə ümumilikdə 2 073 137 test aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1524

Oxşar yazılar