Koronavirusa yoluxmada  SON STATİSTİKA
20 iyun 2022 16:35 (UTC +04:00)

Koronavirusa yoluxmada SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 134 nəfərdir.

Ölkədə son sutka ərzində 1 490, hazırkı dövrədək isə 6 940 145 test aparılıb.

# 1602
avatar

Oxşar yazılar