Koronavirusdan sutkalıq ÖLÜM SAYI  azaldı
02 mart 2022 17:42 (UTC +04:00)

Koronavirusdan sutkalıq ÖLÜM SAYI azaldı

0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib, aktiv xəstə sayı 8 167 nəfərdir.

Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2515

Oxşar yazılar