Koronovirus statistikası: 4127 sağalma, 1064 yoluxma, 32 ölüm
31 dekabr 2020 15:27 (UTC +04:00)

Koronovirus statistikası: 4127 sağalma, 1064 yoluxma, 32 ölüm

2

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1064 yeni yoluxma faktı qeydə alınıb, 4127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 218700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184422 nəfər müalicə olunaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstə sayı 31637 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10219, ötən müddət ərzində isə ümumilikdə 219 5466 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3240

Oxşar yazılar