Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 24-26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Yevlax, Füzuli, Mingəçevir, Naftalan, Gəncə, Samux, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Sabirabad, Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.