Maqnit qasırğası yenidən qayıdır:  nə qədər TƏHLÜKƏLİDİR?
17 noyabr 2025 17:04 (UTC +04:00)

Maqnit qasırğası yenidən qayıdır: nə qədər TƏHLÜKƏLİDİR?

0

Yaxın günlərdə Yer kürəsi daha bir geomaqnit pozuntu dalğası ilə üzləşəcək. NOAA, ESA SWE və SpaceWeather proqnozlarına görə, noyabrın 17-21-də qeyri-sabit günəş aktivliyi gözlənilir ki, bu da insan rifahına və texnologiyanın fəaliyyətinə təsir göstərə bilər.

Lent.az həftə boyu gözlənilən maqnit qasırğaları ilə bağlı proqnozu təqdim edir. 

17 noyabr, bazar ertəsi – mülayim aktivlik, mümkün G1 qasırğaları (Kr 4-5).

18 noyabr, çərşənbə axşamı – G1-G2 qasırğaları (Kr 5-6) gözlənilir, ən çox günortadan sonra nəzərə çarpacaq.

19 noyabr, çərşənbə – mülayim G1 qasırğası (Kr 4-5), günortadan sonra aktivlik tədricən azalacaq.

20 noybar, cümə axşamı – nisbətən sakit hava şəraiti, kiçik dalğalanmalar proqnozlaşdırılır.

21 noyabr, cümə – orta maqnit qasırğasına uyğun olaraq Kp 4 səviyyəsində qalıq impulslar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar