Məktəbəhazırlıq qrupları üçün məktəb SEÇİMİ  başlayır
08 avqust 2022 11:00 (UTC +04:00)

Məktəbəhazırlıq qrupları üçün məktəb SEÇİMİ başlayır

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə bu gündən başlanılır.

Bu barədə Lent.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tədris digər dillərdə aparılan bölmələr üzrə seçimə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, avqustun 5-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Xatırladaq ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

# 1335
avatar

Aytəkin Cəlali

Oxşar yazılar