Metroya hansı əşyalarla girmək olmaz?
29 sentyabr 2022 16:39 (UTC +04:00)

Metroya hansı əşyalarla girmək olmaz?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu metroya girişinə icazə verilməyən əşyalardır.

Əksəriyyət metrostansiyalara hansı əşyalarla girməyin qadağan olunduğunu bilmir. Xüsusən də, kəsici-deşici alətlər belə müəmmalarda üstünlük təşkil edir. Çoxları bıçaq, balta, lezva və s. kimi alətlər sözügedən ünvanlara daxil olmağın normal olduğunu düşünürlər.

Bəs görək, adı çəkilən alətlərlə metroya daxil olmağa icazə varmı?

"Bakı Metropoliteni" QSC-dən Lent.az-a bildirilib ki, bıçaq, balta və s. əşyalarla “Bakı Metropoliteni”nin stansiyalarına girmək olmaz. Həmçinin ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükü, şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.kimi əşyalar da qadağan olunanlar sırasındadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir:

“Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının müəyyən etdiyi qayda və tələblərə uyğun xidmət təşkil olunub. Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir. Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır”.

# 3891
avatar

Oxşar yazılar