Mingəçevirdən olan şəhidimiz dəfn edildi
14 sentyabr 2022 13:00 (UTC +04:00)

Mingəçevirdən olan şəhidimiz dəfn edildi

Ermənilərin Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq mühafizə orqanlarının rəisləri və minlərlə şəhər ictimaiyyəti iştirak edib.

Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

# 2040
avatar

Oxşar yazılar