MN:  Ermənistan tərəfi məqsədli şəkildə DEZİNFORMASİYA YAYIR
07 mart 2022 16:17 (UTC +04:00)

MN: Ermənistan tərəfi məqsədli şəkildə DEZİNFORMASİYA YAYIR

0

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur. 

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir:

“Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2116

Oxşar yazılar