Möhtəşəm araşdırma! Xoşbəxt evliliyin qızıl qaydası: 9 dəqiqəni əsla keçməyin
04 iyun 2024 01:27 (UTC +04:00)

Möhtəşəm araşdırma! Xoşbəxt evliliyin qızıl qaydası: 9 dəqiqəni əsla keçməyin

Almaniyanın Marburq Filipp Universitetinin alimlərinin apardığı araşdırmanın nəticələri təəccüb boğurub.

Lent.az xəbər verir ki, aparılan araşdırmaya görə, ərlə arvad arasında doqquz dəqiqədən çox davam edən mübahisə zamanı hər iki tərəfin səsi yüksəlir və tərəflər arasındakı mübahisə geri dönüşü olmayan bir nöqtəyə gəlib çatır.

Araşdırmalar göstərir ki, doqquz dəqiqədən çox davam edən mübahisələr zamanı tərəflərdən biri qapını çırparaq evdən çıxıb gedə bilər ki, bu da ailənin dağılmasına gətirib çıxarar. Çünki xüsusilə də münasibətləri yaxşı olmayan cütlüklərdə doqquz dəqiqədən sonra tolerantlıq olmur və səslər yüksəlir.

Bu zaman cütlüklər bir-birini sıxışdırmaq və haqlı çıxa bilmək üçün qarşı tərəfə bağırır və daha çox 10-cu dəqiqədə iplər qopur. Xoşbəxt cütlüklərdə belə doqquzuncu dəqiqəyə çatan mübahisələr əlaqələrdə düzəlməyəcək izlər qoya bilir.

Araşdırmaya rəhbərlik edən professor Melanie Fisçer, demək olar ki, hamısı evli olan 20-85 yaş arası 404 cütlüyün saatlarla səsyazmalarını dinlədiklərini bildirib. O cütlüklərə 9 dəqiqə ərzində mübahisələrini həll etməyə çalışmağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2874
avatar

Oxşar yazılar