Ölkədə yenə virus  yayıldı - Nazirlikdən AÇIQLAMA
12 sentyabr 2025 17:27 (UTC +04:00)

Ölkədə yenə virus yayıldı - Nazirlikdən AÇIQLAMA

0

Son günlər ölkədə yenə infeksiya yayılıb. Yüksək hərarət, ishal, halsızlıq, dadbilmə və iybilmənin itməsi kimi simptomlarla müşahidə olunan xəstəlik qripə bənzəyir və 1-2 gün davam edir.

Maraqlıdır, bəs görəsən, bu xəstəlik nədir? Nə ilə əlaqəlidir? Ondan necə qorunmaq olar?  

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, yuxarı tənəffüs yolları və mədə-bağırsaq sisteminin zədələnməsi əlamətləri ilə seyr edən infeksiyalar payız fəslində əsasən kəskin respirator virus, adenoviruslar, həmçinin enteroviruslar və digər virus bağırsaq infeksiyalarıdır (roto-noroviruslar və b):

“Bu tip infeksiyaların yoluxma yolları əsasən hava-damcı və təmas, bəzi hallarda alimentardır (su, qida). Təbii ki, bu infeksiyaların fəsillə əlaqəsi vardır. Hər il eyni hallar təsadüf olunur.

Bu infeksiyalardan qorunmaq üçün respirator və əl gigiyenası qaydalarına riayət etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar