Bakının bu yollarında tıxac var  - SİYAHI
11 may 2025 22:12 (UTC +04:00)

Bakının bu yollarında tıxac var - SİYAHI

Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur.

Lent.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət intensivliyini artırmaq üçün mərkəzi küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq etməklə yanaşı, yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Hazırda yollardakı vəziyyət:

1. Mikayıl Useynov prospekti, Dövlət Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar