Polis məktəblilərlə görüşdü
17 dekabr 2025 15:05 (UTC +04:00)

Polis məktəblilərlə görüşdü

0

Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 172 saylı tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Lent.az xəbər verir ki, görüşdə çıxış edən polis əməkdaşları bu kimi tədbirlərin mütəmadi təşkil edilməsində əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq olunması və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasına dəstək olduğunu qeyd ediblər.

Tədbir zamanı şagirdlər narkotik istifadəsinin yaratdığı fəsadlar və cəmiyyətə vurduğu ziyanı əks etdirən maarifləndirici səhnəcik də nümayiş etdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar