POLİS:  O qızın iddiası araşdırılır
06 may 2026 18:18 (UTC +04:00)

POLİS: O qızın iddiası araşdırılır

0

Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara məruz qaldığını iddia edir.

Lent.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib.

N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib.

Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar