Qadın İNTİHARA  cəhd etdi
05 fevral 2022 19:04 (UTC +04:00)

Qadın İNTİHARA cəhd etdi

0

Goranboyda qadın intihara cəhd edib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1974 cü il təvəllüdlü E. İbrahimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 48 yaşlı qadın mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi məhlulu içib.

Onun məhlulu hansı səbəbdən içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2187

Oxşar yazılar