Qızıl mağazalarında niyə qəbz verilmir? - Külli miqdarda cərimə
22 dekabr 2025 11:39 (UTC +04:00)

Qızıl mağazalarında niyə qəbz verilmir? - Külli miqdarda cərimə

0

Bir çox qızıl mağazalarından zinət əşyası alarkən qəbz verilmir. Bununla bağlı satıcıya bildirdikdə isə ya verə bilmərik, ya da POS-terminal xarab olub deyirlər. Nə məsələdirsə, ilin 12 ayı eyni bəhanələrlə qarşılaşırıq. Ən pis tərəfi də odur ki, qızılın və ya brilyantın saxta olması hallarında bunu haradan və nə zaman aldığımız, eləcə də qiyməti barədə isbatlı hər hansısa bir sübutumuz olmur.

Bəs görəsən, bahalı zinət əşyası alarkən qəbzin təqdim olunmaması hansı məsuliyyətə səbəb olur? Alıcılar bu halda nə etməlidirlər?

İqtisadçı Rəşad Həsənov Lent.az-a açıqlamasında bildirib ki, qəbzin təqdim olunmaması qanundan yayınmaq deməkdir:

Ekspert: Ya köləliyimizdən pul qazanacağıq, ya da intellektimizdən

Qızıl məmulatları, qiymətli daş-qaşlar, əlvan metallardan hazırlanan bütün zinət əşyalarının alışı və satışı prosesi rəsmiləşdirilməlidir. Qanunvericiliyə görə, pərakəndə satış mərhələsində bütün müəssisələrdə nəzarət-kassa aparatları, POS-terminallar quraşdırılmalıdır. Hər bir alqı-satqı məbləğindən asılı olmayaraq qəbz alıcıya təqdim olunmalıdır. "Nağdsız hesablaşmalar" haqqında qanuna əsasən, 15 min manatdan yuxarı bu kateqoriyaya aid bütün növ alqı-satqılar nağdsız qaydada aparılmalıdır. Bunun üçün də POS-terminal xidmətləri ilə təmin olunmalıdır. Amma təəssüf ki, bazarlarda ciddi şəkildə qeyri-formal dövriyyə var. Bu isə istehlakçılarının hüquqlarının pozulmasına qədər bir çox məsuliyyət yaradır. Bununla yanaşı həm vergidən yayınma halları, həm də sonradan yarana biləcək anlaşılmazlıqlar zamanı məhkəmə predmeti sayılan rəsmi hər hansısa bir sənədin olmaması istehlakçıların hüquqlarının pozulması və yaxudda qorunması imkanlarının məhdudlaşdırılmasına qədər ciddi fəsadlar doğurur”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Lent.az-a bildirildi ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar