“Oqonyok” jurnalının redaksiyası nəşrin bağlandığını və son çap variantının çıxdığını elan edib.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, son "kağız" buraxılışı dekabrın 21-də çıxıb. Redaksiya "Kommersant" nəşriyyatı evinin “Oqonyok” jurnalının satın aldığı 2009-cu ildən bəri eyni tərkibdə çalışırdı.
Müraciətdə qeyd edilir ki, jurnalın daha bir sayı növbəti həftə buraxılacaq və yalnız onlayn şəkildə əlçatan olacaq. Redaksiyada "Oqonyok" un işçilərinə "təşkilati və ştat strukturunun optimallaşdırılması ilə əlaqədar" işdən çıxarılması barədə xəbərdarlıq edildi vurğulanıb.
121 yaşı tamam olan jurnalının gələcək taleyinin necə olacağı bilinmir. Redaksiyada hesab edirlər ki, nəşr çox güman birdəfəlik fəaliyyətini dayandıracaq.
“Oqonyok” jurnalı həftəlik ictimai-siyasi, ədəbi-bədii, illüstrasiyalı həftəlik jurnal kimi Rusiya imperiyası dövründən tatınıb. İlk buraxılış1899-cu ilə aiddir və 1918-ci ilə qədər istehsal buraxılıb.
Nəşrin fəaliyyəti Sovet İttifaqı dövründən, 1923-cü ildən bəri davam edirdi. Sovet dövründə jurnalın quruluş tarixi 1 aprel 1923-cü il sayılırdı, lakin 1990-cı illərin əvvəllərində nəşrin redaksiya heyəti xronologiyanı 1899-cu ildən etibarən davam etdirməyə qərar verib.