Sabah Bakıya  yağış yağacaq   - HAVA PROQNOZU
17 noyabr 2023 12:36 (UTC +04:00)

Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.

# 5727
avatar

Oxşar yazılar

Mart ayının HAVA PROQNOZU

Mart ayının HAVA PROQNOZU

29 fevral 2024 , 11:44
Mart ayı ilə bağlı 4 bürcə  xoş xəbər

Mart ayı ilə bağlı 4 bürcə xoş xəbər

29 fevral 2024 , 09:09
Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI

29 fevral 2024 , 08:36
Bu bürclərin valideynləri  övladlarına qarşı   SƏRTDİRLƏR

Bu bürclərin valideynləri övladlarına qarşı SƏRTDİRLƏR

28 fevral 2024 , 19:03
Martda gözlənilən  maqnit qasırğaları   – Bu tarixlərdə  DİQQƏTLİ   olun

Martda gözlənilən maqnit qasırğaları – Bu tarixlərdə DİQQƏTLİ olun

28 fevral 2024 , 18:09
Rey Kərimoğlu reabilitasiya mərkəzinə  yerləşdirildi

Rey Kərimoğlu reabilitasiya mərkəzinə yerləşdirildi

28 fevral 2024 , 16:07
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

28 fevral 2024 , 15:36
Martın 3-də  buraxılış   imtahanıdır

Martın 3-də buraxılış imtahanıdır

28 fevral 2024 , 14:55