Sabah bu yollar buz bağlayacaq -  SİYAHI
14 yanvar 2022 13:47 (UTC +04:00)

Sabah bu yollar buz bağlayacaq - SİYAHI

Avtomobil yollarında yanvarın 15-də gözlənilən vəziyyət açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Duman ilə əlaqədar olaraq gecə və səhər saatlarında Bakı-Ələt-Qazax, Ələt-Astara, Bakı-Şamaxı-Yevlax, Quba-Qusar, Quba-Xaçmaz, Yevlax-Zaqatala, Yevlax-Xocalı-Laçın, Xankəndi-Xocavənd, Naxçıvan-Sədərək, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi də 200-700 m-dək məhdudlaşacaq.

# 2868
avatar

Oxşar yazılar