Sabah güclü külək əsəcək -  PROQNOZ
04 mart 2022 12:22 (UTC +04:00)

Sabah güclü külək əsəcək - PROQNOZ

0

Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 12-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 05-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da ürək-damar xəstəlikləri olan bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Mart ayının 05-də gecə və səhər saatlarında Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Ələt-Astara, Şəki-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Goranboy-Tərtər, Şuşa-Füzuli, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Ağdərə, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 100-600 m-dək məhdudlaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2550

Oxşar yazılar